Bank Of Baku

Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək

Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək
# 07 yanvar 2026 18:51 (UTC +04:00)

8 yanvar 2026-cı il tarixində Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək.

APA-nın əldə etdiyi məlumata görə, daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.

Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR