Bank Of Baku

SOCAR Qazaxıstan və Türkmənistan neftinin Kulevi NEZ-ə tranzitini təmin edəcək

SOCAR Qazaxıstan və Türkmənistan neftinin Kulevi NEZ-ə tranzitini təmin edəcək
# 03 avqust 2026 18:11 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanın Kulevi limanı ərazisində yerləşən Black Sea Petroleum (BSP) neft emalı zavodunun xammal bazasının şaxələndirilməsi çərçivəsində Qazaxıstan və gələcəkdə Türkmənistan neftinin zavoda tranzitini təmin edəcək.

APA xəbər verir ki, bu barədə Black Sea Petroleumdan məlumat veriblər.

Bildirilib ki, şirkət Kulevidəki neft emalı zavoduna öz neftini tədarük etməyi planlaşdırmır. Bununla belə, Qazaxıstan neftinin çatdırılmasını təşkil edir və Türkmənistandan neft tranzitini də təmin etməyə hazırdır.

Qeyd edək ki, BSP zavodu iyul ayında ilk dəfə Qazaxıstan neftini emal edib. Avqustun 20–30-da isə Liviyadan ilk neft partiyasının qəbul ediləcəyi gözlənilir. Zavod 2026-cı ilin birinci yarısında ehtiyatda qalan Rusiya neftinin emalını başa çatdırıb və Avropa İttifaqının 21-ci sanksiyalar paketindən sonra Rusiya xammalından tam imtina prosesinə başlayıb.

Hazırda Gürcüstanın yeganə neft emalı müəssisəsi olan Kulevi NEZ-in illik gücü 1,2 milyon ton təşkil edir. Müəssisə sabit xammal tədarükü təmin olunacağı təqdirdə, istehsal gücünü gələcəkdə 4,5 milyon tona çatdırmağı planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR