Bank Of Baku

Almaniya Litvada radioelektron mübarizə bölməsi yerləşdirib

Almaniya Litvada radioelektron mübarizə bölməsi yerləşdirib
# 03 avqust 2026 20:54 (UTC +04:00)

Almaniya Silahlı Qüvvələri (Bundesver) Litvada, Belarus sərhədindən bir neçə kilometr məsafədə radioelektron mübarizə (REM) bölməsi yerləşdirib.

Bu barədə "Euronews" məlumat yayıb.

Məlumata görə, Almaniya hərbçiləri Litva ərazisində qarşı tərəfin radio və radar sistemlərinin siqnallarını izləyir və ələ keçirirlər. Bundesverin terminologiyasında "EloKa" adlandırılan REM bölmələrinin maskalanmış mövqeləri və mobil kompleksləri dövlət sərhədi boyunca yerləşdirilib. Bu mövqelər meşəlik ərazilərdə adi yük avtomobilləri bazasında gizlədilir.

REM bölmələri tezliklərə nəzarət edir, məlumat ötürülməsində baş verən dəyişiklikləri qeydə alır və zərurət yaranacağı halda elektron əks-tədbirlər görməyə hazır vəziyyətdə saxlanılır. Alman mütəxəssislər yük avtomobilləri bazasında qurulan gizli postlarla yanaşı, daşına bilən mobil REM komplekslərindən də istifadə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR