Bank Of Baku

SOCAR və “Qazprom” mümkün əməkdaşlıq istiqamətlərini müzakirə edib

SOCAR və “Qazprom” mümkün əməkdaşlıq istiqamətlərini müzakirə edib
# 29 oktyabr 2025 16:03 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller arasında işgüzar görüş keçirilib.

Bu barədə “APA-Economics” “Qazprom”un rəsmi məlumatına istinadən xəbər verir.

Məlumata görə, görüş zamanı tərəflər mümkün əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

Qeyd edək ki, “Qazprom” ASC - qlobal enerji şirkətidir. Şirkətin əsas fəaliyyət sahələrinə qazın, qaz kondensatının və neftin geoloji kəşfiyyatı və hasilatı daxildir. Bundan əlavə, şirkət bu resursların nəqli, saxlanması, emalı və satışını həyata keçirir. “Qazprom” həmçinin qazın mühərrik yanacağı kimi reallaşdırılması, eləcə də istilik və elektrik enerjisinin istehsalı və satışı ilə də məşğuldur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR