Bank Of Baku

SOCAR və Uzbekneftegaz kəşfiyyat-axtarış layihəsinə başlayıb

SOCAR və Uzbekneftegaz kəşfiyyat-axtarış layihəsinə başlayıb
# 05 dekabr 2025 14:44 (UTC +04:00)

Energetika naziri Pərviz Şahbazov Daşkənddə Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən enerji sektorunda yeni layihələrin istifadəyə verilməsi və tikintisinə başlanmasına həsr olunmuş mərasimdə iştirak edib.

"APA-Economics" xəbər verir ki, bunu nazir öz sosial şəbəkə hesabında paylaşıb.

"Bu çərçivədə Üstyurt regionunda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və Uzbekneftegaz-|ın birgə əməkdaşlığı ilə həyata keçirilən kəşfiyyat-axtarış layihəsinə də rəsmi olaraq başlanıldı", - deyə P.Şahbazov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR