Bank Of Baku

Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq

Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
# 10 aprel 2026 11:13 (UTC +04:00)

Bu gün Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə aprelin 10-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində əsaslı təmir işləri aparılacaq.

Məlumata görə, Hövsan qəsəbəsində yerləşən Transformator Məntəqəsində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar əlaqədar saat 13:00-dan 15:00-dək qəsəbənin Elçin Məmmədov, Oqtay Şabanov, İlqar Əhlimanov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR