Bu gün Trans-Anadolu boru kəməri (TANAP) ilə bu günədək Türkiyəyə 39,3 milyard kubmetr, ümumilikdə isə 99 milyard kubmetrə yaxın qaz nəql edilib.
Bu barədə "APA-Economics" Energetika Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, bu gün Trans-Anadolu boru kəmərinin istifadəyə verilməsindən 8 il ötür.
Bildirilir ki, 12 iyun 2018-ci il tarixində Türkiyədə TANAP-ın birinci fazası istifadəyə verilib. Bu boru kəməri ilə nəql olunan qaz Türkiyəyə və Avropaya ötürülür.