Bank Of Baku

“Nabucco” Komitəsi “Nabucco West” layihəsinə siyasi dəstəyini ifadə edib - FOTO

“Nabucco” Komitəsi “Nabucco West” layihəsinə siyasi dəstəyini ifadə edib - <span style="color: red;">FOTO
# 12 aprel 2013 16:02 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, komitəyə “Nabucco” layihəsi ilə bağlı hökumətlərarası sazişi imzalamış ölkələrin - Bolqarıstan, Macarıstan, Rumıniya, Türkiyə və Avstriya hökumətlərinin yüksək rütbəli şəxsləri daxildir.

 

İclas iştirakçıları Azərbaycan qazının Avropaya nəqli üzrə ilkin marşrut kimi seçilmiş “Nabucco West” layihəsinə dair öhdəliklərini və layihədə maraqlı olduqlarını təsdiq ediblər.

 

Macarıstan XİN tərəfindən təşkil olunmuş iclasdan sonra qəbul edilmiş bəyannamədə hökumətlərarası sazişi imzalayan ölkələr növbəti dəfə layihəyə siyasi dəstəklərini ifadə ediblər.

 

“Nabucco Gas Pipeline International GmbH” konsorsiumunun icraçı direktoru Reynhard Mitçek görüşü “Şahdəniz II” konsorsiumunun iyun ayında açıqlayacağı yekun qərar ərəfəsində müsbət hadisə kimi dəyərləndirib: “Bugünkü iclasda nümayiş etdirilən strateji və taktiki əməkdaşlığın səviyyəsi göstərir ki, “Nabucco”nun hüquqi və siyasi bazası layihə üçün həlledici aktivdir və layihənin bütün iştirakçıları üçün faydalı olacaq”.

 

Xatırladaq ki, «Nabucco West» qaz kəməri Xəzər regionundan təbii qazın Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.


Tikintisinə 2013-cü ildə başlanması planlaşdırılan «Nabucco West» qaz kəməri ilə Azərbaycan qazının nəqli 2017-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazının da daşınması nəzərdə tutulur. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR