Bank Of Baku

“Nabucco” konsorsiumu “Şahdəniz” konsorsiumuna “Nabucco West” qaz kəməri layihəsində 50%-lik iştirak payı verib - YENİLƏNİB

“Nabucco” konsorsiumu “Şahdəniz” konsorsiumuna “Nabucco West” qaz kəməri layihəsində 50%-lik iştirak payı verib - <span style="color: red;">YENİLƏNİB
# 08 aprel 2013 12:26 (UTC +04:00)

 “APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə “Nabucco” konsorsiumunun icraçı direktoru Reynhard Mitçek məlumat verib.

 

Onun sözlərinə görə, bu təkliflər paketi yanvarın ortalarında razılaşdırılıb: “Düşünürəm ki, hər iki tərəf bu cür balanslaşdırılmış həll variantından razı qalıb”.

 

Layihənin nə vaxt reallaşdırılacağı ilə bağlı sualı cavablandıran R.Mitçek qeyd edib ki, iyun ayının sonunda “Şahdəniz” konsorsiumu “Nabucco West” layihəsinə dair qərar qəbul edərsə, konsorsium şirkətlərinin layihənin səhmdarları kimi çıxış etməsi üçün daha 2-3 ay tələb olunacaq: “Konsorsium Avropaya ilk qazı göndərmək üçün nə vaxt hazır olsa, biz də hazır olacağıq”.

 

R.Mitçek qeyib ki, “Nabucco” konsorsiumu layihəyə investisiya qoya biləcək potensial maliyyə institutları ilə danışıqlar aparır. Bu sırada o, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankının adlarını çəkib: “Bu məsələdə kifayət qədər irəliləyiş əldə olunub. Onlar bizdən mühəndis işlərinin nəticələrini gözləyirlər”.

 

“Nabucco” sözçüsü beynəlxalq maliyyə institutları ilə danışıqların payızda başlanmasının gözlənildiyini vurğulayıb: “Biz əvvəlcə “Nabucco” konsorsiumunun səhmdarlarının strukturunu müəyyənləşdirməliyik. Bu da, mühəndis işlərinin nəticələri də yayın sonunda məlum olacaq. Əgər biz gələn il maliyyə institutları ilə danışıqlarda irəliləyişə nail olsaq, kəmərin tikintisinə 2015-ci ildə başlamaq mümkün olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR