Bank Of Baku

«Azəri-Çıraq-Günəşli» blokunda bu il 30 mln. ton neft hasil olunub

«Azəri-Çıraq-Günəşli» blokunda bu il 30 mln. ton neft hasil olunub
# 26 noyabr 2012 12:47 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokundan 2012-ci ilin yanvar-oktyabr ayları ərzində 30 mln. ton neft hasil olunub. Bunun 20 mln. tonunu Azərbaycanın mənfəət nefti təşkil edib. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

 

X.Yusifzadə qeyd edib ki, ümumilikdə, indiyədək AÇG-dən 287 mln. ton neft hasil olunub. AÇG-nin məcmu ehtiyatları isə 1 mlrd. ton neft və 350 mlrd. kubmetr qaz səviyyəsində qiymətləndirilir.

 

ARDNŞ rəsmisi vurğulayıb ki, hazırda AÇG-dən 77 quyu vasitəsi ilə gündə 100 min ton neft və 35 mln. kubmetr qaz hasil olunur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR