Azərbaycan Respublikası Qanununun yeni redaksiyada 2024-cü ildə qüvvəyə minməsi fonunda dövlət satınalmaları üzrə 2023–2025-ci illəri əhatə edən müqayisəli təhlil göstərir ki, qeyd edilən dövrdə satınalmaların həm say göstəricilərində, həm də ümumi məbləğində əhəmiyyətli artım dinamikası müşahidə olunub.
"APA-Economics" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən INTOSAI-ın Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısında bildirib.
"2023-cü illə müqayisədə 2025-ci ildə satınalmaların sayı təxminən 52%, ümumi məbləğ isə 43% artım göstərib. Bu artım dövlət satınalmalarının həcminin genişləndiyini və büdcə xərclərinin icrasında satınalma mexanizmlərinin rolunun gücləndiyini göstərir," - deyə o qeyd edib.