Bank Of Baku

«Azəriqaz» bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

«Azəriqaz» bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
# 19 mart 2013 13:50 (UTC +04:00)

Bakı – APA-Economics. ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyi Novruz bayramı münasibəti ilə martın 20-dən etibarən gücləndirilmiş iş rejimində işləyəcək.

 

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi üçün Birlik tərəfindən zəruri tədbirlər həyata keçirilir. Belə ki, 185 nömrəli qaynar xəttin iş saatı artırılacaq, 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndiriləcək.

 

«Yerli qaz istismar sahələri günün bütün saatlarında növbəlilik əsasında iş rejiminə keçəcək», - deyə məlumatda bildirilir. 


«Azəriqaz» İB bayram günlərində bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR