Bank Of Baku

«Əsrin müqaviləsi» çərçivəsində neft hasilatı 9% azalıb

«Əsrin müqaviləsi» çərçivəsində neft hasilatı 9% azalıb
# 27 noyabr 2012 06:54 (UTC +04:00)

 

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında «Əsrin müqaviləsi» - «Azəri-Çıraq-Günəşli» (AÇG) layihəsi çərçivəsində «Çıraq», «Mərkəzi Azəri», «Qərbi Azəri», «Şərqi Azəri» və «Dərinsulu Günəşli» platformalarından birlikdə gündə orta hesabla 684 min barel neft hasil edilib. Bu barədə «APA-Economics»ə layihənin operatoru olan «BP-Azerbaijan» şirkətindən bildirilib.

 

Ümumilikdə, ilk 9 ayda adı çəkilən platformalardan 187,4 mln. barel, yəni 25,3 mln. ton neft çıxarılıb. Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 62 hasilat və 32 injektor quyusu istismar edilib. Ötən ilin analoji 9 aylıq göstəricisi ilə müqayisədə hasilatın həcmi 9,4% azalıb.

 

Hesabat dövründə «Çıraq» yatağında 15 quyudan (10 hasilat və 5 suvurma quyusu) orta hesabla gündə 76 min barel neft hasil edilib. «Mərkəzi Azəri» yatağında 19 quyudan (13 hasilat, 5 qaz injektor və bir suvurma quyusu) gündə orta hesabla 163 min barel hasilat əldə edilib. «Qərbi Azəri»dəki 22 quyudan (16 hasilat və 6 suvurma quyusu) gündəlik neft hasilatı orta hesabla 192 min barel, «Şərqi Azəri»dəki 16 quyudan (12 hasilat və 4 suvurma quyusu) gündəlik orta hesabla 139 min barel təşkil edib. «Dərinsulu Günəşli» yatağında isə istismarda olan 22 quyudan (11 hasilat və 11 suvurma quyusu) gündəlik orta hesabla 114 min barel neft çıxarılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR