APA-nın Şimal bürosunun məlumatına görə, R. Abdullayev Bakı-Quba yolunun 88-ci kilometrində, Siyəzən rayonunun Zarat kəndi ərazisində yeni inşa edilən 15 və 16 saylı yanacaqdoldurma məntəqələrinin açılışında iştirak etdikdən sonra, məntəqədə yaradılan şəraitlə tanış olub. ARDNŞ prezidentinə məlumat verilib ki, yolun sağ və sol tərəfində yerləşən yanacaqdoldurma məntəqələrinin istifadəyə verilməsi ilə ölkə ərazisində SOCAR brendi altında fəaliyyət göstərən yanacaq doldurma məntəqələrinin sayı 16-ya çatdırılıb. Yeni məntəqələrdə kafe, market, avtoservis, avtoyuma və digər xidmətlərdən istifadə etmək mümkündür.