Bank Of Baku

Albaniya Azərbaycan qazının Avropaya TAP kəməri ilə nəqlində maraqlıdır

Albaniya Azərbaycan qazının Avropaya TAP kəməri ilə nəqlində maraqlıdır
# 09 aprel 2013 09:37 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan qazının Avropaya nəqli ilə bağlı marşrut seçimi məsələsi Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ilə Bakıda səfərdə olan Albaniyanın baş naziri Sali Berişa arasında keçirilən görüşdə müzakirə edilib.

 

«APA-Economics»in məlumatına görə, görüşdə R.Abdullayev Azərbaycanla Albaniya arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləyib. «Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq» mövzusunda Dünya İqtisadi Forumunda iştirak etmək üçün Bakıya gəlmiş Albaniyanın baş naziri S.Berişa iqtisadi əlaqələrin, xüsusilə də neft-qaz sektorunda əməkdaşlığın böyük önəm daşıdığını qeyd edərək, qarşılıqlı tərəfdaşlığa böyük töhfə verə biləcəyini vurğulayıb.

 

Qonaq Azərbaycanda hasil olunan təbii qazın Avropaya nəqli istiqamətində aparılan işlərlə maraqlanaraq, rəsmi Tirananın TAP (TransAdriatik boru kəməri) layihəsinin gerçəkləşməsində maraqlı olduğunu qeyd edib.

 

ARDNŞ prezidenti R.Abdullayev isə bildirib ki, Azərbaycan qazının Avropaya nəqli üçün TAP və «Nabucco-West» marşrutları üzrə təkliflərə hələ baxılır və son qərar bu ilin ikinci yarısında veriləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR