Bank Of Baku

ARDNŞ-ın İnsan Resursları Departamentinin təqdimatı keçirilib

ARDNŞ-ın İnsan Resursları Departamentinin təqdimatı keçirilib
# 12 mart 2013 12:13 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) İnsan Resursları Departamentinin təqdimatı keçirilib.

 

APA-Economics”in məlumatına görə, departamentin rəisi Asif Bəkirli qurumun əsas fəaliyyət meyarları və prinsipləri haqqında ətraflı məlumat verərək qeyd edib ki, ARDNŞ işçi qəbul edərkən obyektivlik, bərabərlik, şəffaflıq və aşkarlıq prinsiplərinə əsaslanır.

 

O, ARDNŞ-da işə qəbul olmaq üçün test imtahanlarının istiqamətlərini açıqlayıb və işə qəbul prosesindən danışıb. A.Bəkirli qeyd edib ki, müraciət edənlər ixtisas, məntiq, Azərbaycan tarixi və ARDNŞ-ın fəaliyyət sahəsi üzrə test imtahanları verməli, daha sonra peşə sınağından keçməlidirlər.

 

Qeyd olunub ki, 2011-2013-cü illərdə 65 669 nəfər elektron qaydada iş üçün müraciət edib, 20 251 nəfər ilkin seçim mərhələsindən keçib, 9641 nəfər test imtahanında iştirak edib, 1443 nəfər isə işə qəbul olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR