Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan yarımdalma qazma qurğusunun inşasına hazırlaşır. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, ilk yarımdalma qazma qurğusu 2014-cü ildə hazır olacaq: «Boş qazma qurğularının olmaması «Abşeron» və «Naxçıvan» yataqlarında kəşfiyyat işlərinin aparılmasını ləngidir».
Qeyd edək ki, ümumiyyətlə ARDNŞ 4 ədəd analoji qurğunun tikintisini planlaşdırır və tikintinin ümumi həcmi 4 mlrd. ABŞ dolları təşkil edəcək.