Bank Of Baku

Azərbaycan neftin nəqli üçün Ukraynadan güzəştlər istəyib

Azərbaycan neftin nəqli üçün Ukraynadan güzəştlər istəyib
# 05 aprel 2013 14:55 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

 

N.Əliyev qeyd edib ki, bir neçə il əvvələdək Azərbaycan nefti Ukraynaya nəqli uğurla həyata keçirilib və ildə təqribən 2 mln. ton neft Ukraynadakı neft emalı zavodlarına göndərilib, zavodlarda emal edilib və alınan neft məhsulları Ukrayna bazarında satılıb. Lakin sonradan Rusiya, Belarus və Qazaxıstanın iştirakı ilə Gömrük İttifaqının yaradılması nəticəsində, Rusiya nefti Belarusdakı zavodlara daha güzəştli şərtlərlə daxil olur və burada emal olunandan sonra həmin məhsullar Ukraynaya daha aşağı qiymətlərə satılır.

 

Ukraynanın energetika nazirinin Bakıya son səfəri zamanı bu məsələ ətrafında müzakirələr aparılıb. Rəsmi Kiyev Azərbaycan neftinin Ukraynaya nəqlinin bərpa olunmasını istəyib. Azərbaycan tərəfi isə bildirib ki, neft məhsullarının bu bazarda rəqabət apara bilməsi üçün Azərbaycan xam neftinin Ukraynaya nəqli üçün güzəştlər tətbiq edilməlidir. Ukrayna tərəfi bu məsələyə baxacağını bildirib. «Əgər neftin nəqli üçün Azərbaycana müvafiq şərtləri təklif etsələr, heç bir problem yoxdur», - deyə N.Əliyev bildirib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR