Bakı – APA-Economics. Bu ilin fevral ayı ərzində 2 287 206 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına çıxarılıb.
Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu həcmin 1 659 397 tonunu Azərbaycan Dövlət Neft Fondunun mənfəət nefti təşkil edib.
Ümumilikdə, bu ilin yanvar-fevral aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılan neftin həcmi 4 629 563 ton olub ki, bu da ötən ilin ilk iki ayı ilə müqayisədə 3,9% azdır.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2013-cü il martın 1-ə qədər Ceyhan limanından 208 296 217 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.