«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, layihədə Azərbaycan 80%, Türkiyə isə 20% paya malikdir.
Azərbaycan layihədəki payının 51%-ni özündə saxlayıb, 29%-ni BP, «Statoil» və «Total» şirkətlərinə satacaq. Hazırda tərəflər arasında bununla bağlı sənədləşmə işləri həyata keçirilir və 2013-cü ilin sonunadək payın alqı-satqısı prosesi başa çatdırılacaq.