Bank Of Baku

Azərbaycan xam neft ixracını 12% azaldıb

Azərbaycan xam neft ixracını 12% azaldıb
# 02 aprel 2013 12:36 (UTC +04:00)

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, bu ilin yanvar-mart ayları ərzində Novorossiysk limanından 411,339 min ton, Supsa limanından 799,202 min ton, Ceyhan limanından isə 4 586,913 min ton xam neft ixrac edilib.

 

Ötən ilin eyni dövrü ilə müqayisədə bu il Novorossiysk limanından neftin ixracı 17,2%, Supsa limanından 10,1%, Ceyhan limanından isə 11,3% azalıb.

 

Ümumilikdə, bu ilin ilk rübündə ARDNŞ-in Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin xətti ilə neftin ixracı 11,55% azalıb.

 

Xatırladaq ki, ARDNŞ-in Marketinq və iqtisadi əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR