Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında “Maşınqayırma sənayesi işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” sərəncam imzalayıb.
“APA-Economics”in xəbərinə görə, sərəncamla Azərbaycan iqtisadiyyatının inkişafında maşınqayırma sənayesi işçilərinin xidmətləri nəzərə alınaraq hər il iyunun 24-ü Azərbaycanda “Maşınqayırma sənayesi işçiləri günü” peşə bayramı qeyd ediləcək.