Bank Of Baku

Azərbaycanda alternativ enerji istehsalçılarına subsidiyanın verilməsi layihənin gəlirliyindən asılı olacaq

Azərbaycanda alternativ enerji istehsalçılarına subsidiyanın verilməsi layihənin gəlirliyindən asılı olacaq
# 21 noyabr 2012 13:32 (UTC +04:00)

 

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda alternativ enerji istehsalçıları üçün subsidiyaların verilib-verilməməsi istehsal olunan enerjinin maya dəyəri və layihənin gəlirliyindən asılı olacaq. 

 

Bu barədə «APA-Economics»ə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri Akim Bədəlov  bildirib: «Əgər yatırdığımız vəsaiti alternativ enerji mənbəyinin hesabına 5-7 il ərzində qaytara biliriksə, burada heç bir subsidiyadan söhbət getməyəcək. Çünki digər sahələrə yatırılan normal investisiyalar da bu müddət ərzində geri qayıdır».

 

Şirkət rəhbərinin sözlərinə görə, alternativ enerji istehsalçılarına subsidiyalar yalnız o zaman verilə bilər ki, bu layihənin gəlirliyi nisbətən aşağı olsun və ya iqtisadi cəhətdən özünü doğrultmasın: «Ola bilər ki, elə zonalar olsun ki, orada küləyin və günəşin effektivliyi azdır, amma dövlətin və xalqın marağı naminə orada hökmən belə stansiya quraşdırmaq lazımdır. Onda bu işi görən şəxsə subsidiyanın verilməsi məsələsinə baxıla bilər».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR