Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda daxili bazarın tələbatına 196 min ton və ya ötən ilin eyni dövrünə nisbətən 22% çox avtomobil benzini yönəldilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə daxili tələbatı ödəmək üçün həmçinin 196,1 min ton və ya ötən ilin yanvar-fevral aylarına nisbətən 24,7% çox dizel yanacağı, 83,6 min ton aviasiya üçün ağ neft (+7,7%), 42,6 min ton neft bitumu (+51,1%), 37,7 min ton mazut yanacağı (+52,2%), 27,7 min ton maye qaz (+38,5%), 1,2 min ton sürtgü yağları (+38,5%) və 187,8 min ton digər neft məhsulları (+38,3%) yönəldilib.
«Ümumiyyətlə, cari ilin yanvar-fevral ayları ərzində daxili bazarın tələbatına yönəldilmiş əmtəəlik neft emalı məhsullarının həcmi 772,6 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,6% çoxdur», - deyə Komitədən bildirilib.