Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production Index – IPI) 2013-cü ilin fevral ayında 89,9% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks yanvar ayı ilə müqayisədə 13,9 faiz bəndi azalıb:

Göründüyü kimi, indeks aşağı düşməklə yanaşı, 100%-dən aşağıdır ki, bu da aylıq müqayisədə istehsalatda azalmanın olduğunu göstərir. Belə ki, fevral ayında istehsal edilmiş məhsulun dəyəri 2,703 mlrd. manat, yanvar ayında istehsal edilmiş məhsulun dəyəri isə 3,007 mlrd. manat təşkil edib.
Xatırladaq ki, IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə olunan nisbətidir.