Bank Of Baku

Azərbaycanda sənaye mal ehtiyatları indeksi kəskin azalıb

Azərbaycanda sənaye mal ehtiyatları indeksi kəskin azalıb
# 27 noyabr 2012 12:44 (UTC +04:00)

 

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2012-ci il noyabrın 1-nə mənfi 15,2% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks oktyabrın əvvəlində müsbət 15,3% olub.

 

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir. İndeksin mənfi olması anbarlarda mal ehtiyatlarının azalmasını göstərir.

 

Qeyd edək ki, Azərbaycanda 2012-ci il noyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 295,0 mln. manat həcmində hazır məhsul ehtiyatı olub və bu, oktyabrın 1-nə nisbətən 52,8 mln. manat azdır.

 

Sənaye mal ehtiyatlarının azalması ilk növbədə sənaye istehsalının azalması ilə bağlı olur, lakin oktyabr ayında ehtiyatların azalmasında təkcə bu səbəb təsir etməyib. Çünki oktyabrda sənaye sahəsində məhsul istehsalının həcmi cəmi 0,9% azalıb. Mütləq ifadədə bu, 26 mln. manatdır. Beləliklə, mal ehtiyatlarının azalması həm məhsul istehsalının azalması, həm də istehsalçılara mal təchizatının artması ilə bağlı olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR