Azərbaycandakı yeni kimya kompleksinin operatorluğu xarici şirkətə həvalə edilə bilər

Azərbaycandakı yeni kimya kompleksinin operatorluğu xarici şirkətə həvalə edilə bilər
# 11 mart 2013 08:38 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanda tikilməkdə olan yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin operatorluğu xarici şirkətə həvalə edilə bilər.

«APA-Economics»in məlumatına görə, bunu kompleksin tikintisi layihəsini həyata keçirən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, kompleks layihəsində xarici şirkətlərin pay alması, yeni kompleksin bütövlükdə və ya ayrı-ayrı istehsal sahələrinin başqa şirkətlərin idarəetməsinə verilə biləcəyi də istisna edilmir.

Qeyd edək ki, bəzi məlumatlarda xarici operatorun baş ofisinin ABŞ-da yerləşən «Air Product» beynəlxalq şirkəti ola biləcəyi qeyd edilir. Yanvar ayında «Air Product» şirkətinin prezidenti və baş icraçı direktoru Con MakQleydin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda ARDNŞ rəhbərliyi ilə görüşüb. Görüşdə «Air Product» rəhbərliyi ARDNŞ-ın müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr, o cümlədən Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsi barədə müzakirələr apararaq ARDNŞ ilə əməkdaşlıq etmək istədiyini bildirib.

R.Abdullayev bu şirkətlə əməkdaşlıq barədə müzakirələrin davam etdiyini bildirib. Bundan başqa, ARDNŞ rəhbəri adi çəkilən layihədə digər şirkətlərin pay almasını da istisna etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR