Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Sənaye və Energetika Nazirliyi ölkənin sənayeləşdirilməsi proqramını hazırlayıblar. Proqram Cənubi Koreya mütəxəssisləri ilə birlikdə hazırlanıb. «APA-Economics»in məlumatına görə, bunu sənaye və energetika naziri Natiq Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, proqramda Azərbaycanın sənaye sektorunun inkişaf yolları ilə bağlı məsələlər əksini tapıb. Sənədə əsasən, Azərbaycan sənayenin inkişafı sahəsində Koreyanın zəngin təcrübəsindən istifadə etmək niyyətindədir.