Bank Of Baku

Bakıda sterilizasiya qurğusu üçün yer ayrılıb

Bakıda sterilizasiya qurğusu üçün yer ayrılıb
# 21 noyabr 2012 09:20 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. “Sterilizasiya qurğusu üçün bina hazır olarsa, gələn ilin sonunadək qurğunun Azərbaycana gətirilməsi mümkün olar”. APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda sterilizasiya məqsədilə güclü qamma mənbəli qurğunun çox hissəsi artıq hazırdır. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) dəstəyi ilə keçirilən “Azərbaycanda sterilizasiya məqsədilə güclü qamma mənbəli qurğunun işə salınması” layihəsi çərçivəsində qurğunun hazırlanması işini Macarıstanın İzotop İnstitutu həyata keçirir.

 

A.Qəribov qeyd edib ki, artıq Bakıda sterilizasiya qurğusu üçün yer ayrılıb. Yaxın vaxtlarda qurğu ilə bağlı layihə-smeta sənədlərinin hazır olacağı gözlənilir: “Bundan sonra qurğunun binasının tikilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyi veriləcək, sonra isə bu işə başlanacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR