Bank Of Baku

BP şirkəti Azərbaycana geologiya sahəsi üzrə daha bir qrup seçilmiş mütəxəssis gətirəcək

BP şirkəti Azərbaycana geologiya sahəsi üzrə daha bir qrup seçilmiş mütəxəssis gətirəcək
# 16 noyabr 2012 14:35 (UTC +04:00)

 

«BP-Azerbaijan»dan « APA-Economics»ə verilən məlumata görə, BP-nin hasilatın idarə olunması sahəsində qlobal funksional rəhbərliyinin bir qrup nümayəndəsi tərəfindən aparılmış bu araşdırma keçən həftə şirkətin Bakıda səfərdə olan layların geologiyası üzrə bölümünün rəhbəri İan Kavananın başçılığı ilə həyata keçirilib.

 

«Baxışda məqsəd 2013-cü il üçün hasilatın əldə olunması planlarını təhlil etmək və bununla bağlı yataqda qarşıya çıxan texniki məsələlərə cavab vermək üçün imkanları müəyyənləşdirməkdən ibarət olub», - deyə məlumatda bildirilir.

 

İ.Kavana bildirib ki, BP-nin Şimal dənizi və Anqoladakı layların geologiyası üzrə əməliyyat mütəxəssisləri də daxil olmaqla seçilmiş ekspertlər tərəfindən həyata keçirilmiş bu baxış vacib məsələlərin çözülməsi üçün tədbirlərin müəyyənləşdirilməsi üzərində cəmləşib: «Bu məsələlər bizim fikrimizcə, 2013-cü və sonrakı illərin hasilatının əsaslandırılması üçün vacibdir. Biz birlikdə plan hazırlayıb və laylardakı təzyiq və hasilatın enməsinin idarə olunması, quyuların idarə olunması və sistemin optimallaşdırılması, həmçinin quma nəzarət sahəsində qlobal texnoloji təcrübənin tətbiqi üzrə tədbirlər razılaşdırmışıq». 

 

İ.Kavana qeyd edib ki, bütövlükdə bu səfər və növbəti tədbirlərin müəyyənləşdirilməsi BP-nin ən yaxşı təcrübə, texnologiya və səriştəsinin AÇG yatağında hasilatla bağlı mürəkkəbliklərin çözülməsinə tətbiqinin təmin edilməsi işlərinin bir hissəsidir: «Biz hazırlanmaqda olan planların həyata keçirilməsinə dəstək olaraq bundan sonra da buradakı mütəxəssis heyətimizə kömək etmək üçün dünyanın digər yerlərindən ekspertlərimizi Bakıya gətirməkdə davam edəcəyik».

 

BP layların geologiyası sahəsində ixtisaslaşmış və Azərbaycandakı heyətə dəstək məqsədilə xüsusi olaraq seçilmiş 12 mütəxəssisini Bakıya gətirməyi planlaşdırır. Bu mütəxəssislər BP-nin dünyanın digər yerlərində əvvəllər buna bənzər məsələlərlə qarşılaşmış olduğu bizneslərindən bir-bir seçiliblər. Onlara BP-nin Sanberi (İngiltərə) və Hyustondakı (ABŞ) Qlobal Texnologiya Təşkilatından tam dəstək veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR