Bank Of Baku

Ceyhan limanından Azərbaycan neftinin ixracı 5% azalıb

Ceyhan limanından Azərbaycan neftinin ixracı 5% azalıb
# 09 aprel 2013 14:22 (UTC +04:00)

Bakı – APA-Economics. Bu ilin mart ayı ərzində 2 364 226 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına çıxarılıb. Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin martına nisbətən 5% azdır.

 

Qeyd edək ki, bu həcmin 1 414 759 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

 

Cari ilin yanvar-mart aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 6 993 789 ton olub ki, bu da ötən ilin birinci rübünə nisbətən 4,3% azdır.

 

Ümumiyyətlə, BTC istismara verilən gündən 2013-cü il aprelin 1-dək Ceyhan limanından 210 660 443 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR