Gəncə. Azər Məmmədli – APA. Bu gün səhər saatlarından başlayaraq Gəncənin ikinci hissəsinə təbii qazın verilişi dayandırılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, təxminən 3 min abonent qazsız qalıb.
Şəhərin Nəriman Nərimanov, Nizami, Əziz Əliyev kimi küçələrində yaşayanlar qazsız qalıb. Gəncə şəhər Qaz İstismarı Sahəsindən APA-ya bildirilib ki, qazın verilişində fasilə təmir işlərinin aparılması ilə əlaqədardır: “Şəhərdə təbii qazın ötürülməsi üçün nəzərdə tutulan metal borular kapron borularla əvəzlənib yerin altına salınır. Hazırda yeni borulardan evlərə xətlər çəkildiyi üçün təminatda fasilə yaranıb. Bu günün sonuna kimi təbii qaz verilişinin bərpa olunacaq”.