Göyçay. Elvin Yaqubov - APA. Bu gün Göyçay rayonunun Cəyirli və Qubadlı Şıxlı kəndlərində əhaliyə təbii qaz verilib.
APA-nın məlumatına görə, tədbirdə bildirilib ki, 21 illik fasilədən sonra Göyçay rayonunun Cəyirli və Qubadlı Şıxlı kəndlərində 20 min 460 poqonmetr uzunluğunda müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətti çəkilib, 409 mənzilə fərdi tənzimləyici və sayğac quraşdırılıb. Hazırda Bığır, Qarayazı, Məlikkənd Cəyirli kəndlərinin qazlaşdırılması üçün görülən işlər davam etdirilir.
Bundan əlavə, hazırda Göyçayın Potu, Ulaşlı-Şıxlı və Kürd kəndlərində istismara yararsız olan yeraltı polad qaz xətlərinin polietilen borularla əvəz edilməsi istiqamətində işlər davam etdirilir. Sonda kəndlərə təbii qazın verilişi münasibətilə rəmzi məşəl alovlandırılıb. Mərasim iştirakçıları evlərə baş çəkərək mavi yanacağın təzyiqini yoxlayıblar.
Qeyd edək ki, bu günədək Göyçay şəhərində və 17 kənddə 13 187 mənzil qazlaşdırılıb.