“APA-Economics”in xəbərinə görə, G.Ottinger bunu Almaniyanın bərpa olunan enerji mənbələrinə keçidinə həsr olunmuş və Hannover şəhərində keçirilən forumda bildirib.
Onun sözlərinə görə, “Cənub dəhlizi”ni açmaq və Avropaya Azərbaycanla Türkmənistandan qaz almaq imkanı yaratmaq vacibdir: “Biz rusiyalıları Rusiya qazını nəql edən rolunda görmək istəyirik, bütün dünya üzrə “mavi yanacağın” topdan satıcısı rolunda yox”.