Bakı. Könül Cəfərli - APA. “Bizim İranla əməkdaşlıq etmək niyyətində olan xarici neft şirkətləri ilə bağlı şərtimiz var”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Milli Neft Şirkətinin icraçı direktoru, neft nazirinin müavini Əhməd Qələbani Fransanın “Total” və İtaliyanın “ENİ” şirkətlərinin İranın neft və qaz yataqlarının genişləndirilməsinə hazır olması barədə açıqlamalarına münasibəti bildirərkən deyib.
Onun sözlərinə görə, Avropa şirkətləri İran neft sənayesinə yalnız bir şərtlə yenidən buraxıla bilərlər: “Əgər “Total” və “ENİ” neft sənayemizə investisiya yatırsa, İrana geri dönə və fəaliyyət göstərə bilərlər. Əslində bu addım həmin xarici şirkətlərin İrana qarşı tətbiq edilmiş birtərəfli sanksiyalara qoşulmasına görə bir növ kəsiləcək cərimə cəzası olacaq”. Ə.Qələbani vurğuıayıb ki, indiyədək adıçəkilən şirkətlərdən heç biri İran Milli Neft Şirkətinə rəsmi şəkildə müraciət etməyiblər.