Bank Of Baku

İran Türkiyəyə ildə 10 mlrd. kubmetr təbii qaz ixrac edir

İran Türkiyəyə ildə 10 mlrd. kubmetr təbii qaz ixrac edir
# 18 mart 2013 08:17 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İraq və Pakistanla əldə edilmiş ən son razılaşmaların ardından İranın qonşu ölkələrə təbii qaz ixracatında artım meydana gələcək”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın neft nazirinin müavini Cavad Ovci bildirib.

 

Onun sözlərinə görə, maye qaz (LNG) istehsalında 60% artım təmin olunub və İranın LNG məhsulları növbəti üç il ərzində dünya bazarında iştirak edəcək.

 

C.Ovci deyib ki, hazırda İrandan Türkiyəyə gündəlik 30 mln. və illik 10 mlrd. kubmetr təbii qaz ixrac edilir: “Soyuq hava şərtləri səbəbindən ölkə daxilində meydana gələn istehlak artımına baxmayaraq, Türkiyəyə bu il də təbii qaz ixracında bir saat belə axsama meydana gəlməyib. Mövcud boru xətlərinin tutumuna görə Türkiyəyə gündəlik 40 mln. kubmetr təbii qaz ixrac edilə bilir. Ancaq bu miqdar 80 mln. kubmetrə çatdırıla bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR