Bank Of Baku

İranın neft gəlirləri yarıbayarı azalıb

İranın neft gəlirləri yarıbayarı azalıb
# 08 aprel 2013 09:26 (UTC +04:00)

APA-nın məlumatına görə, İranın sənaye, mədənlər və ticarət naziri Mehdi Qəzənfəri bildirib ki, 2012-ci ildə həyata keçirilən neft ixracından 100 mlrd. dollar gəlir gözlənilirdi: “Ancaq İrana qarşı tətbiq edilmiş sanksiyalar nəticəsində yalnız 50 mlrd. dollar gəlir əldə olunub”.

 

Onun sözlərinə görə, 2012-ci il İran üçün ağır bir il olub: “Ona görə də bu ilin iyun ayında keçiriləcək prezident seçkilərində namizəd olacaq şəxslərdən neftdən asılı ola bilmədən ölkəni necə valyuta ilə təmin edəcəkləri mövzusundakı planlarını xalqa izah etmələrini istəyirəm”.

 

Qeyd edək ki, ABŞ və AB mübahisəli nüvə proqramına görə İrana qarşı sanksiyalar tətbiq edir. Sanksiyalar nəticəsində İran milli valyutası olan rial son 1,5 il içərisində xarici valyutalara nisbətən təxminən 3,5 dəfə dəyərini itirib, ölkədə inflyasiya 17 ildən sonra ilk dəfə ötən ay 31%-i keçib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR