Bakı - APA-Economics. Bu gün İsmayıllı, Suraxanı, Nərimanov, Binəqədi və Xəzər rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
«Azəriqaz» İB-dən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, 15 mart 2013-cü il tarixdə saat 10-dan “Suraxanı” Qazpaylayıcı Məntəqəsindən qidalanan “Bül-Bülə” qaz kəmərində, saat 09.30-dan 17.00-dək “İsmayıllı” Qazpaylayıcı Stansiyasından, saat 11.00-dan 15.00-dək “Mərdəkan bağları” Qazpaylayıcı Stansiyasından Mərdəkan qəsəbəsinə gedən qaz kəmərində, saat 10.00-dan 17.00-dək “Binəqədi 11 saylı İƏM” və “Ayna Sultanova” ölçü qovşaqlarında, saat 10.00-dan 16.00-dək isə “Buzovna 1-97” Qazpaylayıcı Məntəqədən Buzovna qəsəbəsinə gedən qaz kəmərlərində təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə, İsmayıllı rayonuna, Xəzər rayonunun Mərdəkan və Buzovna qəsəbələrinə, həmçinin Nərimanov və Binəqədi rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.