Bank Of Baku

Lerikin 3 yaşayış məntəqəsinə təbii qaz verilib - FOTO

Lerikin 3 yaşayış məntəqəsinə təbii qaz verilib - <span style="color: red;">FOTO
# 15 mart 2013 14:23 (UTC +04:00)

Lerik. Ağəddin Babayev - APA. Novruz bayramı ərəfəsində Lerik rayonunun daha 3 ucqar yaşayış məntəqəsinə ilk dəfə olaraq təbii qaz verilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, martın 15-də Barzavu, Şinəband və Rəzgov kəndlərinin mavi yanacaqla təchiz edilməsi münasibətilə keçirilən mərasimdə Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının sektor müdiri Əlipənah Bayramov çıxış edərək, dövlətin əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı layihələrin uğurlu nəticələrindən söz açıb.

 

Lerik RİH başçısının birinci müavini Cəlil Baxşiyev, “Azəriqaz” İstehsalat Birliyinin tikinti departamentinin rəis müavini Fuad Şükürov, “Kaspi Yıldız” şirkətinin məsul əməkdaşı Çingiz Məmmədov və digərləri yerli sakinləri mavi qazın verilməsi və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik ediblər. Bildirilib ki, 98 abonenti olan Barzavu kəndinin qazlaşdırılması üçün 1700 metr uzunluğunda polietilen, 5866 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 98 ədəd sayğac quraşdırılıb. 74 abonenti olan Şinəband kəndinin qazlaşdırılması üçün 5106 metr uzunluğunda polietilen, 7726 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 74 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 38 abonenti olan Rəzgov kəndinin qazlaşdırılması üçün isə iki pilləli sistem əsasında 4708 metr uzunluğunda polietilen, 4683 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1 ədəd qaztənzimləyici şkaf, 98 ədəd sayğac quraşdırılıb.

 

O da qeyd olunub ki, 2006-cı ildən bəri Lerik şəhəri də daxil olmaqla rayonun 11 kəndi təbii qazla təchiz olunub, daha 17  kəndin qazlaşdırılması işləri aparılır.

 

Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR