Bank Of Baku

MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilib

MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilib
# 15 aprel 2013 14:48 (UTC +04:00)

Bakı – APA-Economics. Aprelin 15-də Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilib.

 

Fonddan «APA-Economics»ə verilən məlumata görə, iclasda Azərbaycanın MHŞT-yə qoşulmasının 10 illik yubileyi münasibətilə MHŞT üzrə Beynəlxalq Konfransın Bakıda keçirilməsi, Sidneydə keçiriləcək VI Qlobal Konfrans çərçivəsində baş tutacaq Milli Sərgiyə hazırlıq və digər məsələlər ətrafında müzakirələr aparılıb.

 

İclas zamanı həmçinin, MHŞT-nin Azərbaycanda tətbiqi üzrə illik hesabat layihəsi müzakirə edilərək təsdiqlənib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR