Bank Of Baku

Nəsimi, Xətai və Tovuz rayonlarında qaz problemi olacaq

Nəsimi, Xətai və Tovuz rayonlarında qaz problemi olacaq
# 16 aprel 2013 10:02 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Bakı şəhərinin Nəsimi və Xətai rayonları, həmçinin Tovuz rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.

 

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, aprelin 16-da saat 10:00-dan saat 13:00-dək «Keşlə» Qazpaylayıcı Stansiyasından qidalanan «Şüşə» qaz kəmərində, saat 09:00-dan 19:00-dək isə «Tovuz» Avtomatik Qazpaylayıcı Stansiyasından və «Qazanlar» Qazpaylayıcı Stansiyasında «Xətai Ümumi» ölçü qovşağından qidalanan «Məişət» qaz kəmərində  təbii qaz təchizatı dayandırılacaq.

 

Təmir işləri aparılan müddətdə paytaxtın Xətai və Nəsimi rayonları, habelə Tovuz rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR