Bank Of Baku

OMV konserni RWE şirkətinin “Nabucco” qaz kəmərinin tikintisindəki iştirak payını alıb

OMV konserni RWE şirkətinin “Nabucco” qaz kəmərinin tikintisindəki iştirak payını alıb
# 15 aprel 2013 08:02 (UTC +04:00)

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, RWE şirkətinin nümayəndəsi alqı-satqı prosesinin martın 1-də baş tutduğunu bildirib.

 

O, sövdələşmənin digər detallarını açıqlamayıb: “Əmin ola bilərsiniz ki, səhmdarların yekun strukturu bugünkü kimi olmayacaq”.

 

Xatırladaq ki, “Nabucco” qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan “Nabucco Gas Pipeline İnternational GmbH.” konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), “BOTAŞ” (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.


Tikintisinə 2013-cü ildə başlanması planlaşdırılan “Nabucco” qaz kəmərinin 2017-ci ildə hazır olması gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazının da daşınması nəzərdə tutulur. Layihənin 7,9 mlrd. avroluq dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.


İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 900 km olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR