Bank Of Baku

«Qərbi Çıraq» platformasının dayaq bloku dənizə yola salınıb - FOTO

«Qərbi Çıraq» platformasının dayaq bloku dənizə yola salınıb - <span style="color: red;">FOTO
# 15 aprel 2013 11:08 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. «Çıraq Neft Layihəsi» (ÇNL) çərçivəsində tikilmiş «Qərbi Çıraq» platformasının dayaq bloku ötən gün Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsindən dənizdə quraşdırılmaq üçün yola salınıb. Bu barədə «APA-Economics»ə «Azəri-Çıraq-Günəşli» (AÇG) yatağının operatoru olan BP şirkətindən məlumat verilib.

 

Bildirilir ki, dayaq blokunun dənizdəki əraziyə daşınması, suya endirilməsi və quraşdırılması əməliyyatları ətraflı planlaşdırılıb və bu işlərin, hava imkanları da nəzərə alınmaqla, təqribən 45 günə başa çatacağı gözlənilir.

 

BP-nin məlumatına görə, bu yeni platformanın dayaq bloku Xəzərdə indiyədək tikilmiş ən ağır blokdur və o, BDÖZ-dəki yerli tikinti-quraşdırma infrastrukturundan istifadə edilməklə tamamilə ölkə daxilində inşa edilib. Blokun tikintisinə 2 000 insan, o cümlədən subpodratçı və təchizatçı mütəxəssislər cəlb olunub. İşçi qüvvəsinin təxminən 96%-i azərbaycanlılar olub. Dayaq blokunu yerli şirkət olan və indi bütünlüklə ARDNŞ-ə məxsus «BOS Şelf» şirkəti inşa edib.

 

«Qərbi Çıraq» platformasının dayaq blokunun tikintisi qrafikə uyğun olaraq 2012-ci ilin IV rübündə başa çatıb. Blok sonra BDÖZ tikinti-quraşdırma sahəsinin yanalma limanında təhlükəsiz şəkildə STB-1 daşıma barjasına yüklənib və ÇNL ərazisində planlaşdırılan dəniz işlərinin, o cümlədən öncə qazma və sualtı boru kəmərləri inşası əməliyyatlarının başa çatmasını gözləyib.

 

Xəzərdə indiyədək tikilmiş ən ağır  dayaq blokunun dənizə yola salınmasını mühüm hadisə kimi qiymətləndirən BP-nin iri layihələr üzrə vitse-prezidenti Brus Luberski bildirib ki, şirkətin rəhbərliyi bu işin platformanın üst modullarının bu yay  dənizə yola salınması və daha sonra da bu platformadan ilk neftin əldə olunmasına doğru irəliləyərkən əldə olunmasından məmnun qalıb. Vitse-prezident dayaq blokunun inşasına sərf olunmuş 6,8 mln. adam/iş saatının qəza ucbatından heç bir iş günü itirilmədən əldə olunduğunu xüsusi qeyd edib.

 

«Qərbi Çırağ»ın dayaq blokunun ümumi çəkisi 18 200 (1 500 tonluq üzmə pantonları da daxil olmaqla) tondur. Onun hündürlüyü  təxminən 185 metrdir və ümumi çəkisi 6 700 ton olan 13 payası (12 üstəgəl biri ehtiyat məqsədilə), 7 dikborusu, 8 J-şəkilli borusu və 10 kessonu var. Dayaq bloku suyun dərinliyi təxminən 170 metr olan yerdə quraşdırılacaq.

 

Qeyd edək ki, AÇG layihəsində BP (operator – 35,78%), ARDNŞ (11,65%), «Chevron» (11,27%), «Inpex» (10,96%), «Statoil» (8,56%), «ExxonMobil» (8%), TPAO (6,75%), «Itochu» (4,3%), ONGC (2,72%) şirkətləri təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR