Bank Of Baku

Səfir: “Azərbaycan Ukraynanın enerji təhlükəsizliyinin təmin olunmasında maraqlıdır”

Səfir: “Azərbaycan Ukraynanın enerji təhlükəsizliyinin təmin olunmasında maraqlıdır”
# 23 noyabr 2012 15:28 (UTC +04:00)

 

Bakı. Anaxanım Hidayətova – APA. Azərbaycan qazının Ukraynaya nəqlinə 2017-ci ildən başlana bilər. APA-nın xəbərinə görə, bunu Ukrayna mətbuatına müsahibəsində Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bildirib.

 

Onun sözlərinə görə, bunu 2011-ci ildə Davosda Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Viktor Yanukoviç tərəfindən imzalanmış memorandum da nəzərdə tutur: “2 mlrd. kubmetrdən başlayacaq və həcmi 5 mlrd. kubmetrə qədər artıracağıq”.

 

Səfir qeyd edib ki, qaz nəqlinin bir neçə variantda həyata keçirilməsi mümkündür: “İqtisadi baxımdan sərfəli və qarşılıqlı faydalı olsa, TANAP vasitəsilə Ukraynaya təkcə Azərbaycan qazını deyil, Türkmənistan qazını da nəql etmək olar. Hərçənd digər variantlar, o cümlədən maye qazın Qara dəniz vasitəsilə nəqli variantı da var. Azərbaycan Ukraynanın enerji təhlükəsizliyinin təmin olunmasında maraqlıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR