Bank Of Baku

Tovuz və Yevlax rayonlarının daha 2 yaşayış məntəqəsinə təbii qaz verilib

Tovuz və Yevlax rayonlarının daha 2 yaşayış məntəqəsinə təbii qaz verilib
# 18 mart 2013 08:34 (UTC +04:00)

Bakı - APA-Economics. Novruz bayramı ərəfəsində Tovuz və Yevlax rayonlarının daha 2 yaşayış məntəqəsinə təbii qaz verilib.

 

«APA-Economics»in məlumatına görə, bu münasibətlə keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin, “Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

ovuz rayonunun Qovlar qəsəbəsinə ilk dəfə olaraq təbii qazın verilməsi ilə əlaqədar keçirilmiş tədbirdə bildirilib ki, 1000 abonenti olan yaşayış məntəqəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 39 782,5 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 1000 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

 

Yexlax rayonunun Qoyunbinə kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkünlər üçün salınmış şəhərciyin də qazlaşdırılması başa çatdırılıb. Bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, 54 abonenti olan şəhərciyin qazlaşdırılması üçün ikipilləli sistem əsasında 3430 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 1 ədəd Qaztənzimləyici Şkaf və 54 ədəd sayğac quraşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR