APA-nın “neftegaz.ru” saytına istinadən verdiyi məlumata görə, N. Azarov bununla bağlı razılaşma olduğunu deyib.
Baş nazir hesab edir ki, Azərbaycan qazının Rusiya vasitəsilə Ukraynaya çatdırılması optimal variant olardı: “Xatırlatmaq istərdim ki, biz MDB çərçivəsində azad ticarət müqaviləsini imzalayarkən və ratifikasiya edərkən ölkələrin vahid nəqliyyat, o cümlədən boru kəmərləri sisteminə qoşulması haqda razılığa gəlmişik. Danışıqlar başladıqdan sonra biz təkcə Azərbaycandan yox, Türkmənistandan və digər MDB ölkələrindən də birbaşa qaz almağa çalışacağıq”.