Bank Of Baku

Vyetnam Azərbaycanla neft sənayesində əməkdaşlığı genişləndirmək niyyətindədir

Vyetnam Azərbaycanla neft sənayesində əməkdaşlığı genişləndirmək niyyətindədir
# 12 aprel 2013 12:06 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Şirkətin baş ofisində Vyetnamın xarici işlər nazirinin müavini Nquyen Fuonq Nqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 
«APA-Economics»in məlumatına görə, görüşdə ARDNŞ prezidenti Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin zəngin tarixə malik olduğunu qeyd edib, Vyetnamın neft-qaz sənayesinin inkişafında Azərbaycan neftçilərinin mühüm rol oynadığını söyləyib.


Azərbaycana birinci dəfə səfər etdiyini, lakin öz ölkəsində respublikamızın yaxşı tanındığını və sevildiyini bildirib. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsindən sevindiklərini söyləyən qonaq daha sonra Vyetnamın enerji sektorunun inkişafına Azərbaycanın böyük töhfələr verdiyini xatırladıb, Azərbaycan xalqına minnətdarlıq duyğularını ifadə edib.

 
Vyetnamın xarici işlər nazirinin müavini Nquyen Fuonq Nqa neft sənayesinin ölkələr arasında ikitərəfli münasibətlərin mühüm istiqamətini təşkil etdiyini nəzərə çatdırıb və bu sahədə ARDNŞ ilə «Vyetnam Oil and Gas Group» («Petrovyetnam») şirkəti arasında imzalanmış sənədlərin əhəmiyyətini vurğulayıb. ARDNŞ-in dünya neftçıxarmasında böyük tarixə və zəngin təcrübəyə malik olduğunu söyləyən qonaq Vyetnam tərəfinin ARDNŞ ilə daha sıx, qarşılıqlı faydalı münasibətlərin qurulmasında, yaranmış əməkdaşlıq əlaqələrinin daha da genişlənməsində maraqlı olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR