«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, gələn il üçün ölkədə neft hasilatı ilə bağlı proqnozların bu ilə nisbətən azaldılmasına baxmayaraq, ARDNŞ və «BP-Azerbaijan» şirkəti neft hasilatının həcmini stabil saxlanılması istiqamətində böyük işlər görür: «Neft hasilatının həcmini stabil saxlamaq üçün əsasən qazmanın səviyyəsi artırılmalı və hazırda dayanan quyular işə salınmalıdır».
Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda neft hasilatının 43,2 mln. ton, təbii qaz hasilatının isə 28,8 mlrd. kubmetr olacağı proqnozlaşdırılır.