Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Azərbaycanın təsdiq olunmuş neft ehtiyatları 2 mlrd. ton, qaz ehtiyatları isə 2,550 trln. kubmetr təşkil edir.
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, ölkədə neftin proqnozlaşdırılan ehtiyatları da təxminən 2 mlrd. ton təşkil edir: «Azərbaycanda Xəzər dənizindəki perspektiv yataqları da nəzərə alsaq, təsdiq olunmuş qaz ehtiyatları 6 trln. kubmetr təşkil edir».