Bank Of Baku

Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna pilotsuz qayıqlarla hücüm olub

Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna pilotsuz qayıqlarla hücüm olub
# 29 noyabr 2025 13:27 (UTC +04:00)

Bu gün Moskva vaxtı ilə saat 04:06-da, Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) Dəniz Terminalının akvatoriyasında pilotsuz qayıqlar tərəfindən həyata keçirilmiş məqsədyönlü terror hücumu nəticəsində CPC-nin VPU-2 körpü qurğusu ciddi zədələr almışdır.

Bu barədə “APA-Economics” CPC-nin rəsmi məlumatına istinadən xəbər verir.

Məlumata görə, Novorossiysk dəniz limanının kapitanı tərəfindən verilmiş göstərişə əsasən yükləmə əməliyyatları və digər əməliyyatlar dayandırılmış, tankerler CPC akvatoriyasından kənara çıxarılmışdır. CPC işçiləri və podratçıları arasında xəsarət alan yoxdur.

“Partlayış anında VPU-nun qəza mühafizəsi sistemləri müvafiq boru kəmərlərinin bağlanmasını təmin etmişdir. İlkin məlumata görə, Qara dənizin akvatoriyasına neft sızması baş verməyib”, - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR